BVF missiyası Azərbaycan bankirləri ilə görüşüb

BVF missiyası Azərbaycan bankirləri ilə görüşüb
17:02 2 Mart 2017
Ölkə mətbuatı
A- A+

Bakı. 2 mart. REPORT.AZ/ Bakıda səfərdə olan Beynəlxalq Valyuta Fondunun (BVF) missiyası ilə Azərbaycan Banklar Assosiasiyasının (ABA) sədri Zakir Nuriyev, eləcə də ölkənin aparıcı kommersiya banklarının rəhbərləri ilə görüş keçirib.
"Report" xəbər ki, görüşün detalları barədə jurnalistlərə açıqlama verən Z.Nuriyen BFV rəsmiləri ilə bank sektorundakı vəziyyətin və qəbul edilmiş qərarların bu sahəyə verə biləcəyi tövhəsinin müzakirə olunduğunu bildirib. 
"Bank sektorundaki vəziyyətlə bağlı fikir mübadiləsi apardıq. Onlar tərəfdən konkret heç bir təklif irəli sürülməyib, sadəcə onlar gələcəyə baxışla bağlı müəyyən proqramların işlənib hazırlanması ilə bağlı fikirlərimizi öyrəndilər", - deyə ABA rəhbəri qeyd edib.

Xəbərin orijinal ünvanı: https://report.az/maliyye/bvf-missiyasi-azerbaycan-bankirleri-ile-gorusub

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR