Azərbaycanın işğal olunmuş ərazilərinə qanunsuz səfər etmiş avroparlamentarilərlə bağlı bəyanat yayılıb

Azərbaycanın işğal olunmuş ərazilərinə qanunsuz səfər etmiş avroparlamentarilərlə bağlı bəyanat yayılıb
17:12 2 Mart 2017
88 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. 2 mart. REPORT.AZ/ Avropa İttifaqı-Azərbaycan Parlamentlərarası Əməkdaşlıq Komitəsinin həmsədri Səyyad Kərim Azərbaycanın işğal olunmuş ərazilərinə qanunsuz səfər etmiş Avropa Parlamentinin üzvləri ilə bağlı bəyanatla çıxış edib.
"Report"un məlumatına görə, “Cənubi Qafqazda sabitlik və uzunmüddətli siyasi həllin əldə edilməsinə yardımçı olmalıyıq” başlıqlı sənəddə Azərbaycanın Dağlıq Qarabağ bölgəsinə səfər etmiş və öz davranışları ilə “müstəqilliyini elan etmiş” qondarma quruma dəstəyini ifadə etmiş Avropa Parlamentinin üzvləri Eleni Theocharous, Frank Engel və Jaromir Stetinaya qarşı Azərbaycanın Baş Prokurorluğu tərəfindən beynəlxalq həbs qərarı elan edildiyi bildirilib.
Daha sonra Azərbaycanın Dağlıq Qarabağ regionunda yaradılmış qondarma rejimin təşkil etdiyi “referendum”un izlənilməsi üçün Avropa Parlamenti tərəfindən heç bir rəsmi müşahidəçilər missiyasının göndərilmədiyi qeyd olunub. Bu mövqenin əksinə yaradılmış təəssüratın isə tamamilə əsassız olduğu əlavə edilib.
Bəyanatda Avropa Parlamenti üzvlərinin səfər üçün ərazi seçimi və şəxsi inanclarının təşviqində sərbəst olmasına baxmayaraq, onların atəşkəs rejiminin həssaslığına və münaqişə üzrə danışıqlar yolu ilə siyasi həllin əldə edilməsinə dəstəyin vacibliyinə də məsuliyyətlə diqqət yetirməli olduğu vurğulanıb.
Həmçinin sənəddə beynəlxalq həbs qərarı müsbət qarşılanmayan, faydasız və arzuolunmaz hal kimi qiymətləndirilir, bu halların baş verməsinın adları çəkilən Avropa Parlamenti üzvlərinin fərdi səfərlərinə diqqətlə yanaşılmasının vacibliyini aktuallaşdırdığı bildirilib.

Xəbərin orijinal ünvanı: https://report.az/dagliq-qarabag/azerbaycanin-isgal-olunmus-erazilerine-qanunsuz-sefer-etmis-avroparlamentariler

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR