Bakıda gənc oğlanı avtomobil vurub

Bakıda gənc oğlanı avtomobil vurub
17:12 2 Mart 2017
139 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. 2 mart. REPORT.AZ/ Bakıda piyadanın xəsarət alması ilə nəticələnən yol qəzası baş verib. 
“Report” xəbər verir ki, hadisə Suraxanı rayonu, Hövsan qəsəbəsi, İlqar Əhlimanov küçəsində qeydə alınıb.
Belə ki, VAZ-2107 markalı avtomobil yolu keçmək istəyən 25-26 yaşlı oğlanı (şəxsiyyəti müəyyənləşdirilir) vurub. Nəticədə piyada ağır xəsarət alıb. O, hadisə yerinə çağırılmış təcili yardım maşını ilə xəstəxanaya yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.

Xəbərin orijinal ünvanı: https://report.az/hadise/bakida-genc-oglani-avtomobil-vurub

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR