"Neftçi"nin oyununda kütləvi dava

"Neftçi"nin oyununda kütləvi dava
17:27 2 Mart 2017
81 İdman
Ölkə mətbuatı
A- A+

Azərbaycan çempionatının 17 yaşadək futbolçuları arasında “Zirə” - “Neftçi” matçında dava düşüb. Fanat.Az xəbər verir ki, kütləvi insidentin səbəbkarları "Zidə"dən Ramil Məmmədbağırov, “Neftçi”dən isə Mehman Mənsimov olub.


Onlar oyun başa çatdıqdan sonra dava-dalaşda iştirak ediblər. AFFA İntizam Komitəsi hər iki futbolçunu 5 oyun cəzalandırıb. “Zirə” və “Neftçi” klublarına xəbardarlıq olunub, bu halın yenidən baş verəcəyi təqdirdə hər iki klubu daha ciddi sanksiyalar gözləyir.


Qeyd edək ki, daha bir cəza 84-cü dəqiqədə ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırılan “Zirə”nin futbolçusu Murad Məmmədova verilib. O, növbəti qarşılaşmanı buraxmalı olacaq.


Fanat.Az


Xəbərin orijinal ünvanı: http://fanat.az/xeber-quotneftciquotnin-oyununda-kutlvi-dava-t56635.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR