Aktauda Azərbaycan və Qazaxıstan "Dostluq parkı" açılacaq

Aktauda Azərbaycan və Qazaxıstan "Dostluq parkı" açılacaq
17:42 2 Mart 2017
113 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. 2 mart. REPORT.AZ/ Aktauda Azərbaycan və Qazaxıstan "Dostluq parkı" açılacaq.
"Report" "KazTAQ"a istinadən xəbər verir ki, bu barədə Azərbaycanın Aktaudakı baş konsulu Elxan Zeynalov məlumat verib.
Diplomatın sözlərinə görə, park Azərbaycan və Qazaxıstan arasında diplomatik əlaqələrin yaradılması ilə bağlı sazişin imzalanmasının 25 illiyi münasibətilə salınacaq.
Aktaunun 30-cu mikrorayonunda yerləşəcək "Dostluq parkı"nın rəsmən bu yay açılacağı planlaşdırılır. 
Bundan başqa, Azərbaycan diasporu tərəfindən artıq məxsusi olaraq Azərbaycandan gətirilmiş 600 ədəd həmişəyaşıl sərv ağacı əkilib.

Xəbərin orijinal ünvanı: https://report.az/xarici-siyaset/aktauda-azerbaycan-ve-qazaxistan-dostluq-parki-acilacaq

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR