Azərbaycanda futbolçular arasında KÜTLƏVİ DAVA

Azərbaycanda futbolçular arasında KÜTLƏVİ DAVA
17:42 2 Mart 2017
99 Ölkə
Ölkə mətbuatı
A- A+

Azərbaycan çempionatının 17 yaşadək futbolçuları arasında  "Zirə" - "Neftçi" matçında dava düşüb. 

Milli.Az report-a istinadən xəbər verir ki, kütləvi insidentin səbəbkarları "Zidə"dən Ramil Məmmədbağırov, "Neftçi"dən isə Mehman Mənsimov olub.

Onlar oyun başa çatdıqdan sonra dava-dalaşda iştirak ediblər. AFFA İntizam Komitəsi hər iki futbolçunu 5 oyun cəzalandırıb. "Zirə" və "Neftçi" klublarına xəbardarlıq olunub, bu halın yenidən baş verəcəyi təqdirdə hər iki klubu daha ciddi sanksiyalar gözləyir.

Qeyd edək ki, daha bir cəza 84-cü dəqiqədə ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırılan "Zirə"nin futbolçusu Murad Məmmədova verilib. O, növbəti qarşılaşmanı buraxmalı olacaq.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/country/522720.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR