Azərbaycanda futbolçular arasında KÜTLƏVİ DAVA

Azərbaycanda futbolçular arasında KÜTLƏVİ DAVA
17:49 2 Mart 2017
99 İdman
Ölkə mətbuatı
A- A+

Azərbaycan çempionatının 17 yaşadək futbolçuları arasında "Zirə" - "Neftçi" matçında dava düşüb.

Kütləvi insidentin səbəbkarları "Zidə"dən Ramil Məmmədbağırov, "Neftçi"dən isə Mehman Mənsimov olub.

Onlar oyun başa çatdıqdan sonra dava-dalaşda iştirak ediblər. AFFA İntizam Komitəsi hər iki futbolçunu 5 oyun cəzalandırıb. "Zirə" və "Neftçi" klublarına xəbardarlıq olunub, bu halın yenidən baş verəcəyi təqdirdə hər iki klubu daha ciddi sanksiyalar gözləyir.

Qeyd edək ki, daha bir cəza 84-cü dəqiqədə ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırılan "Zirə"nin futbolçusu Murad Məmmədova verilib. O, növbəti qarşılaşmanı buraxmalı olacaq. (report)


Xəbərin orijinal ünvanı: http://publika.az/news/idman/189919.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR