Bakıda qəzaya düşən 400 minlik avtomobil kimindir? - AD AÇIQLANDI

Bakıda qəzaya düşən 400 minlik avtomobil kimindir? - AD AÇIQLANDI
17:52 2 Mart 2017
189 Ölkə
Ölkə mətbuatı
A- A+

Dünən axşam saatlarında Bakının Xətai rayonunda baş vermiş yol qəzasında xəsarət alan şəxslərin adları məlum olub. 

Milli.Az lent.az-a istinadən xəbər verir ki, Sabit Orucov küçəsi 15 ünvanının qarşısında 1966-cı il təvəllüdlü Quliyev Ceyhun Mirzəağa oğlunun sürdüyü "Bentley" ilə, 1991-ci il təvəllüdlü Əliyev Fərid Eyvaz oğlunun sürdüyü "KİA"nın toqquşması nəticəsində hər iki sürücü xəsarət alıb. Bundan başqa "KİA"nın sərnişini olan Aytən Quliyeva və Hülya İsgəndərzadə də müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.
 
Faktla bağlı Xətai Rayon Polis İdarəsində araşdırma aparılır

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/country/522724.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR