Avrozonada illik inflyasiya 2%-ə yüksəlib

Avrozonada illik inflyasiya 2%-ə yüksəlib
18:17 2 Mart 2017
Ölkə mətbuatı
A- A+

Bakı. 2 mart. REPORT.AZ/ Bu ilin fevral ayında avrozonada illik inflyasiya yanvarda qeydə alınan 1,8%-dən 2%-ə yüksəlib.
"Report" bu barədə Avropa Statistika Agentliyi - "Eurostat"a istinadən xəbər verir.
Hesabata əsasən, fevralda qiymətlərdə ən yüksək artım tempi enerji (yanvardakı 8,1%-lə müqayisədə 9,2%), qida məhsulları, spirtli içki və tütün (yanvardakı 1,8%-lə müqayisədə 2,5%) və xidmətlərdə (yanvardakı 1,2%-lə müqayisədə 1,3%) qeydə alınıb.
Qeyd edək ki, ötən ilin dekabr ayında illik inflyasiya 1,1% təşkil edib. 

Xəbərin orijinal ünvanı: https://report.az/maliyye/avrozonada-illik-inflyasiya-2-e-yukselib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR