Ermənistanda cəbhə bölgəsində baş verən hadisələrin gizlədilməsi etirazlar doğurub

Ermənistanda cəbhə bölgəsində baş verən hadisələrin gizlədilməsi etirazlar doğurub
18:52 2 Mart 2017
242 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. 2 mart. REPORT.AZ/ Ermənistanda cəbhə bölgəsində baş verən hadisələrin ölkə vətəndaşlarından gizlədilməsi etirazlar doğurub.  
“Report” yerepouni-news.com saytına istinadən xəbər verir ki, Dağlıq Qarabağda öldürülən Nver Babadjanyanın mayor rütbəli olması barədə məlumatı Ermənistan ictimaiyyəti yalnız sosial şəbəkələrdən əldə edə bilib.
Erməni saytı Azərbaycan Müdafiə Nazirliyinin yaydığı videonu dərc edərək yazır ki, Azərbaycan ordusu dəqiq zərbələrlə qarşı tərəfin hərbi qərargahını bombalayır.
“Onlar bizi öldürürlər, biz isə sakitcə övladlarımızı dəfn edirik. Çünki bizim rəhbərlik yalnız daha çox pul qazanmaq və öz yumşaq kürsüsündə oturmağı düşünür. Hərbi texnikanın işləməməsi və tanklar üçün yanacağın olmaması isə onların vecinə də deyil. Maraqlıdır, ölkə rəhbərliyi bu son məlumatlara hansı bəhanəni gətirəcək”, - yerepouni-news.com saytı bildirir. 

Xəbərin orijinal ünvanı: https://report.az/dagliq-qarabag/ermenistanda-cebhe-bolgesinde-bas-veren-hadiselerin-gizledilmesi-etirazlar-dogurub

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR