Salyanda Kürün səviyyəsi aşağı düşüb, bəzi nasoslar quruda qalıb

Salyanda Kürün səviyyəsi aşağı düşüb, bəzi nasoslar quruda qalıb
18:57 2 Mart 2017
89 Ölkə
Ölkə mətbuatı
A- A+

Salyan. 2 mart. REPORT.AZ/ Kür çayının Salyan rayonu ərazisindən keçən hissəsində suyun səviyyəsi xeyli aşağı düşüb. 
Report”un Aran bürosu xəbər verir ki, son vaxtlar havaların qeyri-sabit keçməsinə baxmayaraq, çayın səviyyəsi son on gündə 80 santimetrə yaxın aşağı düşüb. Nəticədə çayın bir çox ərazilərində adalar yaranıb, eyni zamanda bəzi su nasosları quruda qalıb. Nəticədə nasoslar tam gücü ilə işləyə bilmir. 
Mütəxəssislərin fikrincə, çayın səviyyəsi bu templə aşağı düşərsə, suvarma işlərində ciddi çətinliklər yarana bilər. 








Xəbərin orijinal ünvanı: https://report.az/hadise/salyanda-kurun-seviyyesi-asagi-dusdub-bezi-nasoslar-quruda-qalib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR