“Bayatı-Şiraz dəstgahı” adlı konsert keçiriləcək

“Bayatı-Şiraz dəstgahı” adlı konsert  keçiriləcək
18:59 2 Mart 2017
91 Digər
Ölkə mətbuatı
A- A+

Martın 9-da saat 18:00-da Beynəlxalq Muğam Mərkəzinin və Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin birgə təşkilatçılığı ilə “Bayatı-Şiraz dəstgahı” adlı konsert  keçiriləcək.

 

Lent.az-ın məlumatına görə, tədbirdə  xalq artisti Simarə İmanova və onun tələbələri çıxış edəcəklər. Onların ifasında “Bayatı-Şiraz” dəstgahı səslənəcək. Müşayiət edir Azərbaycan Dövlər Mədəniyyət və İncəsənət Universitetinin xalq çalğı ansamblı.  Tədbirdə Azərbaycan aktyoru və bədii qiraətçisi, Azərbaycanın əməkdar artisti, ADMİU-nun dosenti Azad Şükürov da çıxış edəcək.

 

Nəzərinizə çatdıraq ki, biletləri şəhərin kassalarında, Asan Xidmət mərkəzlərində və iticket.az saytında əldə etmək olar.

 


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/268957

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR