Məktəbdənkənar təhsil müəssisələrinin pedaqoji heyətinin qiymətləndirilməsi keçirilib

Məktəbdənkənar təhsil müəssisələrinin pedaqoji heyətinin qiymətləndirilməsi keçirilib
19:12 2 Mart 2017
580 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. 2 mart. REPORT.AZ/ Azərbaycan Dövlət Memarlıq və İnşaat Universitetində bölgələrdə yerləşən məktəbdənkənar təhsil müəssisələrinin pedaqoji heyətinin bilik və bacarıqlarının qiymətləndirilməsi keçirilib.
Təhsil Nazirliyindən “Report”a verilən məlumata görə, 3 gün davam edən qiymətləndirmədə 3616 müəllim iştirak edərək regionlar üzrə pedaqoji işçi heyətinin ümumi sayının 88,32 %-ni təşkil edib.
On beş istiqamət üzrə aparılan qiymətləndirmədə məntiqi düşünmə və pedaqoji qabiliyyət, peşə-ixtisas, informasiya-kommunikasiya texnologiyaları üzrə biliklər və psixoloji xüsusiyyətlər yoxlanılıb.
Pedaqoji heyətə 90 dəqiqə ərzində 60 sual təqdim olunub.
Ölkə üzrə məktəbdənkənar təhsil müəssisələrinin sayının optimallaşdırılması zamanı müəssisələrin yeni tərkibinin müəyyənləşdirilməsi üçün imtahan nəticələri nəzərə alınacaq.

Xəbərin orijinal ünvanı: https://report.az/elm-ve-tehsil/mektebdenkenar-tehsil-muessiselerinin-pedaqoji-heyetinin-qiymetlendirilmesi-kecirilib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR