Tütün emalı ilə məşğul olan fiziki şəxslərə də subsidiya veriləcək

Tütün emalı ilə məşğul olan fiziki şəxslərə də subsidiya veriləcək
19:12 2 Mart 2017
153 Ölkə
Ölkə mətbuatı
A- A+

Prezident İlham Əliyev "Azərbaycan Respublikasında tütünçülüyün inkişaf etdirilməsinə dövlət dəstəyi haqqında" Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 5 oktyabr tarixli 2366 nömrəli sərəncamında dəyişikliklər edilməsi barədə sərəncam imzalayıb.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, dəyişikliklərə əsasən sərəncamın 1.1-ci və 2.1-ci yarımbəndlərində "emal müəssisələrinə satılmış" sözləri "tütün emalı ilə məşğul olan hüquqi şəxslərə və hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyətini həyata keçirən fiziki şəxslərə təhvil verilmiş" sözləri ilə əvəz edilir.

Beləliklə, tütün emalı ilə məşğul olan hüquqi şəxslərə və hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyətini həyata keçirən fiziki şəxslərə təhvil verilmiş quru tütünün hər 1 kiloqramına, yaş tütünün isə hər 10 kiloqramına görə tütün istehsalçılarına 0,05 manat məbləğində subsidiya veriləcək.

Bu sərəncamın 1.1-ci bəndi ilə nəzərdə tutulan subsidiya 2016-cı ildə istehsal olunub emal müəssisələrinə satılmış quru və yaş tütünə də şamil edilir.

Nazirlər Kabineti tütün emalı ilə məşğul olan hüquqi şəxslərə və hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyətini həyata keçirən fiziki şəxslərə təhvil verilmiş quru və yaş tütünə görə tütün istehsalçılarına subsidiya verilməsi qaydasını Azərbaycan Prezidenti ilə razılaşdırmaqla iki ay müddətində təsdiq etməlidir.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/politics/522745.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR