Yevlax və ətraf rayonlardan olan sahibkarlara 790 min manat güzəştli kredit verilib

Yevlax və ətraf rayonlardan olan sahibkarlara 790 min manat güzəştli kredit verilib
19:27 2 Mart 2017
Ölkə mətbuatı
A- A+

Bakı. 2 mart. REPORT.AZ/ İqtisadiyyat Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu (SKMF) sahibkarlıq subyektlərinin investisiya layihələrinin maliyyələşdirilməsi istiqamətdə bu gün Yevlax rayonunun Yuxarı Bucaq kəndində işgüzar forum keçirib.
Bu barədə "Report"a İqtisadiyyat Nazirliyindən məlumat verilib.
Bildirilib kik, 80-ə yaxın sahibkarın iştirak etdiyi forumda sahibkarlara güzəştli kreditlərin alınması mexanizmi barədə məlumat verilib, Yevlaxda həyata keçirilməsi məqsədəuyğun hesab olunan nümunəvi layihələr təqdim olunub, sahibkarların investisiya layihələri maliyyələşdirilib.
Forum çərçivəsində rayonun iqtisadi potensialının reallaşdırılması məqsədilə prioritet hesab olunan iri taxılçılıq, müasir heyvandarlıq, intensiv bağçılıq, cins heyvandarlıq və istixana təsərrüfatlarının, soya əkini, yun qəbulu məntəqəsi və pendir istehsalı müəssisəsinin yaradılması üzrə nümunəvi investisiya layihələrinin təqdimatı keçirilib.
SKMF-nın icraçı direktoru Şirzad Abdullayev bildirib ki, bugünədək Yevlaxdan olan 1100-dən çox sahibkara 34,3 mln. manat güzəştli kredit verilib: "Ümumilikdə Aran iqtisadi rayonunda fəaliyyət göstərən sahibkarlıq subyektlərinin 12 800-dən çox investisiya layihəsinin maliyyələşdirilməsinə 514,3 mln. manat güzəştli kredit ayrılıb".
Tədbir çərçivəsində Yevlax və ətraf rayonlardan olan sahibkarlıq subyektlərinə 790 min manat güzəştli kredit verilib. Bu kreditlər əsasən heyvandarlıq, pambıqçılıq, plastik boru istehsalı və s. sahələrin inkişafına yönəldiləcək. Kreditlərin reallaşdırılması hesabına 40-dan çox yeni iş yerinin açılması mümkün olacaq.
Forum çərçivəsində Yevlaxda güzəştli kreditlərdən istifadə etməklə yaradılan müasir istixana kompleksinə baxış keçirilib.
Qeyd edək ki, indiyədək SKMF illik istehsal gücü 90 min ton tərəvəz, 10,4 mln. dekorativ bitkilər, 10,6 mln. ədəd tərəvəz ştilləri və 250 ton üzüm olan 55 müasir istixana kompleksinə 170,6 mln. manat güzəştli kredit verilib.

Xəbərin orijinal ünvanı: https://report.az/biznes/yevlax-ve-etraf-rayonlardan-olan-sahibkarlara-790-min-manat-guzestli-kredit-verilib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR