"Mili komandaya dəvət almağım baş məşqçidən asılıdır"

"Mili komandaya dəvət almağım baş məşqçidən asılıdır"
19:42 2 Mart 2017
68 İdman
Ölkə mətbuatı
A- A+

"İnter"in hücumçusu Mauro İkardi Argentina millisində oynamaq arzusunda olduğunu dilə gətirib.

Milli.Az goal.az-a istinadən xəbər verir ki, 24 yaşlı forvard bunları deyib:

"Millidən söz düşəndə həmişə eyni şeyi deyirəm. Mənim işim "İnter"də yaxşı oynamaq və imkan düşəndə qollar vurmaqdır. Mili komandaya dəvət almağım baş məşqçidən asılıdır, seçimi o edir. Orda oynamağa hazıram və mənə şans veriləcəyi günü səbirsizliklə gözləyirəm. Qalan şeylər mənlik deyil".

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/sport/522581.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR