Təbii qazın qiyməti dəyişdirilə bilər - Gürcüstanda

Təbii qazın qiyməti dəyişdirilə bilər - Gürcüstanda
19:47 2 Mart 2017
105 Dünya
Ölkə mətbuatı
A- A+

Gürcüstanın energetika və su təchizatı üzrə Milli Tənzimləyici Komissiyası ölkədə təbii qazın yeni tarifləri ilə bağlı iyulun 20-dək yekun qərar verəcək.

Milli.Az report-a istinadən xəbər verir ki, komissiya martın 31-dək yeni qaz tarifləri ilə bağlı təklifləri qəbul edəcək.

Komissiyanın üzvlərindən biri - Qoça Şoniya daha əvvəl təbii qaz tarifinin artımını istisna etməyib. O bildirib ki, müraciətlərə baxıldıqdan sonra hər şey aydınlaşacaq.

"SOCAR Georgia Gas" və "Sakorqaz" Komissiyaya təbii qazın nəqli, paylanması, ötürülməsi və istehlakının tarifləri ilə bağlı müraciət edib.

Məsələyə ilk olaraq martın 1-də baxılıb. Komissiya maraqlı şirkətlərə təkliflərini təqdim etmək üçün martın 31-dək vaxt verməyi qərarlaşdırıb.

Bundan başqa, qazın tarifinə baxılması üçün "KazTransQaz-Tbilisi" bu həftə müraciət ünvanlayıb. Komissiyadan bildirilib ki, bu məsələ ilə bağlı ictimai-inzibati baxış hələ başlamayıb.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/522729.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR