“Gömrük tarifi haqqında” Qanununda dəyişikliklər edilib

“Gömrük tarifi haqqında” Qanununda dəyişikliklər edilib
19:49 2 Mart 2017
111 Digər
Ölkə mətbuatı
A- A+

“Gömrük tarifi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə

Azərbaycan Respublikasının Qanununa dəyişiklik edilib. Lent.az xəbər verir ki, prezident İlham Əliyev Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 25-ci bəndini rəhbər tutaraq, “Gömrük tarifi haqqında” Azərbaycan Respublikasının Qanununu “Antidempinq, kompensasiya və mühafizə tədbirləri haqqında” Azərbaycan Respublikasının 2016-cı il 31 may tarixli 261-VQ nömrəli Qanununa uyğunlaşdırmaq məqsədi ilə qərara alıb:

 

“Gömrük tarifi haqqında” Azərbaycan Respublikasının Qanununda (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2013, № 7, maddə 779; 2016, № 1, maddə 21, № 2, I kitab, maddə 206, № 6, maddə 972) aşağıdakı dəyişikliklər edilsin:

 

1. 6.2-ci, 6.3-cü və 6.4-cü maddələr aşağıdakı redaksiyada verilsin:

 

“6.2. Xüsusi rüsumlar malın gömrük ərazisinə idxalının artmış həcmi və şərtləri yerli istehsal sahəsinə ciddi zərər vurduqda və ya ciddi zərər vurmaq təhlükəsi yaratdıqda tətbiq edilir.

 

6.3. Antidempinq rüsumları malın normal dəyərindən aşağı qiymətə gömrük ərazisinə idxal edilməsi yerli istehsal sahəsinə maddi zərər vurduqda, yerli istehsal sahəsinə maddi zərər vurmaq təhlükəsi yaratdıqda və ya yerli istehsal sahəsinin yaradılmasının mühüm dərəcədə ləngiməsinə səbəb olduqda tətbiq edilir.

 

6.4. Kompensasiya rüsumları istehsalı, ixracı və ya daşınması zamanı xarici dövlətin spesifik subsidiyasının istifadə olunduğu malın gömrük ərazisinə idxalı yerli istehsal sahəsinə maddi zərər vurduqda, yerli istehsal sahəsinə maddi zərər vurmaq təhlükəsi yaratdıqda və ya yerli istehsal sahəsinin yaradılmasının mühüm dərəcədə ləngiməsinə səbəb olduqda tətbiq edilir.”.

 

2. 6.5-ci maddədə “müvafiq qanunla” sözləri “Antidempinq, kompensasiya və mühafizə tədbirləri haqqında” Azərbaycan Respublikasının Qanunu ilə” sözləri ilə əvəz edilsin.


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/268960

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR