Göygöldə silah-sursat tapıldı - FOTO

Göygöldə silah-sursat tapıldı - FOTO
20:12 2 Mart 2017
144 Ölkə
Ölkə mətbuatı
A- A+

Göygöl Rayon Polis Şöbəsinə Çaykənd kəndi ərazisində məişət tullantıları poliqonunda xeyli sayda silah-sursatın olması barədə məlumat daxil olub.

Milli.Az ARB Kəpəz-ə istinadən xəbər verir ki, dərhal əməliyyat qrupu sözügedən əraziyə baxış keçirib.

Baxış zamanı oradan döyüş üçün yararlı odlu silahlar, onların patronları, alışqan maddələr və digər təhlükəli sursatlar aşkarlanaraq götürülüb. Tapılan odlu silahlar döyüş üçün tam yararlıdır. Onlardan hər hansı bir cinayət əməlində istifadə olunub-olunmaması hələlik məlum deyil.

Polis bu istqiamətdə araşdırmalarını davam etdirir.

Nəriman Məmmədzadə - Təhqiqatçı: "Oradan 1 ədəd AKM markalı avtomat, 1 ədəd qundağı kəsilmiş ov tüfəngi, 1 ədəd beşaçılan tüfəng, 1 ədəd "Valtro" markalı tapança, 1 ədəd kustar üsulla hazırlanmış tapança, 1 ədəd minamyot mərmisi, 2 ədəd hərbi təyinatlı işıq və tüstü buraxıcı füşəng, 1 qutu alışdırıcı tratil, 1 ədəd "Makarov" tapançasının sandığı, 7 ədəd "Kalaşnikov" avtomatının sandığı, 1 ədəd əl qumbarası və onun 4 ədəd başlığı və xeyli irili-xırdalı patron aşkarlanaraq götürülüb".

Faktla bağlı ekspertiza təyin olunub.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində




Xəbərin orijinal ünvanı: http://news.milli.az/incedent/522751.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR