Kürün səviyyəsi aşağı düşdü, kiçik ada yarandı - FOTO

Kürün səviyyəsi aşağı düşdü, kiçik ada yarandı - FOTO
20:12 2 Mart 2017
136 Ölkə
Ölkə mətbuatı
A- A+

Kür çayının Salyan rayonu ərazisindən keçən hissəsində suyun səviyyəsi xeyli aşağı düşüb.

Milli.Az report.az-a istinadən bildirir ki, son vaxtlar havanın qeyri-sabit keçməsinə baxmayaraq, çayın səviyyəsi son on gündə 80 santimetrə yaxın aşağı düşüb. Nəticədə çayın bir çox ərazilərində kiçik ada yaranıb, eyni zamanda bəzi su nasosları quruda qalıb. Nəticədə nasoslar tam gücü ilə işləyə bilmir.

Mütəxəssislərin fikrincə, çayda suyun səviyyəsi bu templə aşağı düşərsə, suvarma işlərində ciddi çətinliklər yarana bilər.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində







Xəbərin orijinal ünvanı: http://news.milli.az/country/522746.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR