Böyük faciənin qarşısı alındı - Təyyarənin göyərtəsindən bomba tapıldı

Böyük faciənin qarşısı alındı - Təyyarənin göyərtəsindən bomba tapıldı
20:13 2 Mart 2017
133 Dünya
Ölkə mətbuatı
A- A+

Misirin İsgəndəriyyə şəhərinin Borq əl-Ərəb hava limanında baqajda partlayıcı qurğu keçirməyə çalışan Rusiya vətəndaşı saxlanılıb.

Publika.az xəbər verir ki, həmin şəxsin əldəqayırma partlayıcı qurğu ilə İstanbula hərəkət edən “Türk Hava Yolları”na məxsus təyyarənin göyərtəsinə daxil olmaq istəməsi ehtimal edilib.

Hava limanının təhlükəsizlik əməkdaşları partlayıcı qurğular üzrə mütəxəssisləri hadisə yerinə çağırdıqdan sonra onlar baqajda partlayıcı qurğu olduğunu təsdiqləyiblər.

Hadisə ilə bağlı araşdırma aparılır. (Trend)


Xəbərin orijinal ünvanı: http://publika.az/news/dunya/189934.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR