Kərkükdən Türkiyəyə neft nəqli dayandırıldı

Kərkükdən Türkiyəyə neft nəqli dayandırıldı
20:37 2 Mart 2017
111 Dünya
Ölkə mətbuatı
A- A+

Kərkükdəki yataqlardan Türkiyəyə neft nəqli İŞİD terror qruplaşmasının bölgədə yerləşdirdiyi söylənən partlayıcı sursatın axtarışı ilə əlaqədar dayandırılıb.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, İraqın dövlət qurumu olan "North Oil Company" təhlükəsizliyin təmin olunması üçün nasos stansiyasının bağlanılması təlimatının verildiyini bildirib. Nəticədə Kərkükdən Türkiyəyə neft ixracı dayandırılıb.

Neft nəqli dayandırılmamışdan əvvəl Kərkükdən gündəlik təxminən 120 min barrel neft ixrac olunurdu.

Buradakı neft quyuları 2014-cü ildə İŞİD qruplaşmasının hücumlarından sonra İraq Kürd Regional Rəhbərliyinin Enerji və Təbii Sərvətlər Nazirliyi tərəfindən nəzarətdə saxlanılır.

Qeyd edək ki, İraqdan Türkiyəyə xam neft Kərkük-Ceyhan boru kəməri ilə nəql edilir.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/522756.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR