Bakıda tələbələr arasında dava:

Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin tələbələri Binəqədi rayonunda dava salıblar, dava zamanı bıçağa da əl atıblar.

Bu barədə "Sputnik Azərbaycan”a Binəqədi Rayon Polis İdarəsindən bildiriblər.

Novruzov Talıb və 1997-ci il təvəllüdlü Quliyev Asim Nazim oğlu pul üstündə dava salıblar. Talıb Quliyevdən 20 manat pul tələb edib və onu döyüb.

Münaqişə martın 1-də baş verib. Saat 00:10-da Talıb və səkkiz nəfərdən ibarət dəstək qrupu Binəqədi rayonunda İsmayılov küçəsində Quliyevin qohumları ilə qarşılaşıblar.

Söhbətə Quliyevin qardaşı – Rəşad Quliyev (1991-ci il təvəllüdlü), qohumlar – Abdullayev Royal Məhərrəm oğlu (1989-cu il təvəllüdlü), Hüseynov Elnur Yusif oğlu (1989-cu il təvəllüdlü) və Abdullayev Vüsal Qasım oğlu (1991-ci il təvəllüdlü) gəliblər. Davada Royal Abdullayev və Elnur Hüseynov bıçaq yaraları alıb.

Cinayət-axtarış tədbirləri nəticəsində 6-cı polis bölməsinin əməliyyatçıları tərəfindən xuliqanlıqda şübhəli bilinən Novruzov Talıb Əsəd oğlu (1996-cı il təvəllüdlü), Əhmədov Elnur Elman oğlu (1996-cı il təvəllüdlü) saxlanılıb. Davanın daha bir iştirakçısı 1995-ci il təvəllüdlü Mirmehdi Əsədov da aşkar edilib. Hadisənin digər iştirakçılarının axtarışı davam edir.

Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR