Hər tərəfi yara içindədir, parklarda və küçələrdə dolaşır

Hər tərəfi yara içindədir, parklarda və küçələrdə dolaşır
21:12 2 Mart 2017
107 Ölkə
Ölkə mətbuatı
A- A+

Küçələrdə qotur xəstəliyi yayan itlər gəzişir. Tamaşaçıların çəkib göndərdiyi video həm ürək ağrıdır, həm də təhlükənin həddini göstərir. Hər tərəfləri yara içərisində olan belə heyvanlar insanlar üçün əsl təhlükədir. Çünki belə itlərin insanlara hücumu hətta ağır, sağalmaz xəstəliklərədə yol aça bilər.

Milli.Az xezerxeber.az-a istinadən bildirir ki, hər tərəfi yara-xora içindədir. Baş hissəsin tükləri tökülüb və qəribə yaraları var. Küçələrdə qotur xəstəliyi yayan sahibsiz itlər var. İtlər belə halda parklarda, ya da küçələrdə gəzir.
Göründüyü kimi itin baş hissəsi bədənindən bir xeyli fərqlidir. Başı yara içərisində və tüksüzdür. Xəstəlik daşıyıcısı olduğu şübhəsizdir.
İstər Bakıda, istərsə də bir çox rayonda park, binaların həyəti və küçələrdə belə sahibsiz itlər çoxalıb. Heyvanların bu şəkildə küçənin ortasında gəzməsi isə əsl təhlükədən xəbər verir. Bu itlərin insanlarla təması, yaxud da hücum etməsi ağır nəticələrə səbəb ola bilər. Xüsusilə də uşaqlar bu təhlükədən sığortalanmayıb.
Mütəxəssislərin sözlərinə görə belə heyvanlar müraciətlər əsasında xüsusi mərkəzlərə cəlb edilərək müalicə olunmalıdır. Müalicəyə yaramayanlar isə məhv edilməlidir. Şöbə müdirinin sözlərinə görə belə heyvanlara əsasən payız və yaz fəsillərində rast gəlinir.
Eldar Həsənov deyir ki, küçələrdə müayinə edilmiş heyvanlar var. Amma onları digərlərindən fərqləndirən xüsusi bir işarə olmadığından insanlar bütün heyvanlardan narahat olurlar. Gələcəkdə isə bunu aradan qaldırmaq üçün heyvanların qulağına xüsusi birkalar vurulması planlaşdırılır ki, bununla insanlar xəstəni sağlamdan ayırd edə biləcək.
Hələlik isə insanlar küçədəki heyvanlarla bağlı narahatedici məqamla üzləşəndə baytarlıq idarəsinin 012 411 18 01 nömrəli qaynar xətti ilə əlaqə saxlaya bilərlər.

Mili.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/society/522759.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR