Oruc tutanlar kimi pəhriz etsəniz...

Oruc tutanlar kimi pəhriz etsəniz...
21:22 2 Mart 2017
211 Ölkə
Ölkə mətbuatı
A- A+

Amerikalı alimlər oruc tutanlar kimi pəhriz etməyin şəkər xəstələrində mədəaltı vəzinin özünü yenilənməsinə imkan verdiyini bildirib.

Milli.Az deyerler.org-a istinadən bildirir ki, araşdırmanın nəticələri "Cell" jurnalında dərc olunub. 1-ci və 2-ci dərəcəli diabetli siçanlar üzərində aparılan araşdırma, aclıq edərək saxlanılan pəhrizin, mədəaltı vəzidə beta hüceyrəsi adlandırılan xüsusi bir hüceyrəni yenilədiyini ortaya çıxarıb.
Qanda şəkəri təsbit edən və çox yüksəldiyi təqdirdə, insulin hormonunun ifraz olunmasını təmin edən beta hüceyrəsinin yenilənməsilə siçanlarda diabet simptomlarının tərsinə döndüyü müəyyən olunub.
Təcrübələr zamanı siçanların bir neçə gün çox az qida verilərək, aç saxlanıldığı, daha sonra normal qidalanma tərzinə qaytarıldığı qeyd olunub. 1-ci dərəcəli diabet xəstələrindən götürülən toxuma nümunələri üzərində aparılan sınaqların da oxşar nəticələr göstərib.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/society/522028.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR