Naxçıvanda yeniyetmə cüdoçuların birinciliyi keçirilib

Naxçıvanda yeniyetmə cüdoçuların birinciliyi keçirilib
21:32 2 Mart 2017
128 İdman
Ölkə mətbuatı
A- A+

Bakı. 2 mart. REPORT.AZ/ Naxçıvanda 5 mart bədən tərbiyəsi və idman gününə həsr olunmuş cüdo üzrə yeniyetmələr arasında Naxçıvan Muxtar Respublikasının birinciliyi keçirilib.
"Report" xəbər verir ki, İlham Əliyev adına Olimpiya İdman Kompleksində baş tutan yarışda 4 klubdan ümumilikdə 91 yeniyetmə cüdoçu medallar uğrunda mübarizə aparıb.
Naxçıvan Muxtar Respublikası, Tələbə İdman Klubu Naxçıvan, Şərur və Culfa klublarını təmsil edən iştirakçılar 10 çəki dərəcəsində yarışıblar. -30 kq, -34 kq, -38 kq, -42 kq,- 46 kq, -50 kq, -55 kq, -60 kq, -66 kq və +66kq çəki dərəcələrində bütün qaliblərə medallar, Muxtar Respublikanın Gənclər və İdman Nazirliyinin, eləcə də Azərbaycan Cüdo Federasiyasının diplomları təqdim edilib.












Xəbərin orijinal ünvanı: https://report.az/komanda/naxcivanda-yeniyetme-cudocularin-birinciliyi-kecirilib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR