Aquero "Siti"dən gedir? - AÇIQLAMA

Aquero "Siti"dən gedir? -   AÇIQLAMA
21:57 2 Mart 2017
60 İdman
Ölkə mətbuatı
A- A+

"Mançester Siti" Serxio Aqueronun komandadakı gələcəyi ilə bağlı qərar verməyib. Fanat.Az xəbər verir ki, futbolçu bu barədə Argentina mətbuatına açıqlamasında bildirib:
"Qarşıda 3 ay var. Nələr olacağını iyunda görəcəyik. Qalmaq istəyirəm, amma qarşıda hələ uzun yol var. Bu müddətdə əlimdən gələnin ən yaxşısını etməyə çalışacam. Klubun qalmağım üçün etməli olduğu tək şey məni istədiklərini rəsmi olaraq açıqlamalarıdı". 
Aquero "Real"a keçəcəyi ilə xəbərlərə də münasibət bildirib: "Real"ı düşünmürəm. Bütün diqqətimi "Mançester Siti"yə yönəltmişəm. Gələcəkdə nəyin baş verəcəyini indi fikirləşmirəm".
Fanat.Az

Xəbərin orijinal ünvanı: http://fanat.az/xeber-aquero-quotsitiquotdn-gedir-t56643.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR