Yumurtanın faydaları

Yumurtanın faydaları
22:12 2 Mart 2017
164 Ölkə
Ölkə mətbuatı
A- A+

Yumurta ağı 100% zülaldan ibarətdir. Yumurtada olan bu zülallar keyfiyyətli quruluşdadır, yəni bədənimizdə sürətli və itkiyə uğramadan mənimsənilir.

Yumurta sarısı dəmir və zülal qaynağıdır. Yumurtanın sarısı dəmir mineralı ehtiva edir. Lakin bədənin bu dəmiri istifadə edə bilməsi üçün C vitamininə ehtiyacı var. Bu səbəblə yumurtanın təzə tərəvəzlər ilə və ya təzə sıxılmış meyvə suları ilə istehlak edilməsi son dərəcə faydalıdır.
Milli.Az deyerler.org-a istinadən bildirir ki, yumurta sarısında eyni zamanda biyotin vitamini mövcuddur. Saç və dırnaq sağlamlığı və beyin inkişafında əhəmiyyətli olan bu vitaminin ən yaxşı qaynağı yumurtadır. Ağı yaxşı bişməmiş yumurtalarda, avid adlı maddə biyotinin bədəndə istifadəsinə mane olar. Bu səbəblə yumurtanın ağının yaxşı bişmiş olmasına diqqət edilməlidir.
Bir yumurtada orta hesabla 70 kalori vardır. Az kalori olmasına baxmayaraq, ehtiva etdiyi keyfiyyətli zülal sayəsində uzun müddət insanı tox tutur.
Avokado ilə yumurtanı birlikdə istehlak edin. Avokado özü ilə eyni anda istehlak edilən qidaların bədəndə daha yaxşı mənimsənilməsini təmin edir. Yumurta kimi qiymətli bir qidadan maksimum fayda almaq üçün avokado ilə birlikdə istehlak edilməsi tövsiyə edilir

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/society/522025.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR