Yaxşı seksin sağlamlığa xeyri var

Yaxşı seksin sağlamlığa xeyri var
22:17 2 Mart 2017
193 Ölkə
Ölkə mətbuatı
A- A+

Seks sağlamlığın rəhnidir və onun ilk növbədə sağlam yuxuya təsiri var.

Avstraliyadakı Mərkəzi Queensland Universitetindən davranış və yuxu araşdırmaçısı doktor Michele Lastellan deyib ki, sağlam və dərin yuxunun təminatçılarından biri də seks və orqazmdır.

Ekspertin sözlərinə görə burada yeganə balanssızlıq qadın və kişilərdə orqazm üçün lazım olan vaxt ola bilər.

Milli.Az BBC-yə istinadən bildirir ki, elmi hesablamalara görə kişilərin maksimum həzz alması üçün zəruri vaxt təxminən 7-14 dəqiqə, qadınlar üçünsə 10-20 dəqiqədir.

Lakin bu vaxtadək aparılmış başqa tədqiqatlar çox seksin başqa sağlamlıq faydalarını da üzə çıxarıb.

"The Telegraph" onlardan yeddisini təqdim edib. Bu məlumatlara görə seks:

Adamı cavan göstərir

2013-cü ildə Edinburq Kral Xəstəxanasında ahıl yaş psixoloqu doktor David Weeks demişdi ki, aktiv seks həyatı qadın və kişiləri öz yaşlarından 5-7 yaş arasında daha cavan göstərir.

İnfarktdan qoruyur

2010-cu ildə Massachusetts-dəki New England Tədqiqatlar İnstitutu 1000 kişi arasında aparılmış müşahidədən bu nəticəyə gəlmişdi ki, həftədə azı iki dəfə sekslə məşğul olmaq infarkt vurmasının qarşısını 45 faiz alır.

Alimlər deyirdilər ki, bu həm insanın emosional, həm də fiziki fəallığı ilə əlaqədar ola bilər.

İmmun sistemini yaxşılaşdırır

Pennsylvania-dakı Wilkes Universitetinin alimləri bidlirirlər ki, həftədə bir və ya iki dəfə sekslə məşğul olmaq insanın immun sistemini gücləndirir, bu isə adamların daha az soyuqdəymələrə məruz qalmasına kömək edir.

1999-cu ildə aparılmış elmi tədqiqat göstərib ki, sekslə müntəzəm məşğul olanlarda immunoqlubolin antigeni 30 faiz artmış olur.

Lakin digər tərəfdən məsuliyyətsiz seks insanı bir çox dəri-zöhrəvi xəstəliklərinə məruz qoya bilər.

Beyin funksiyasını yaxşılaşdırır

2013-cü ildə İtaliyadakı Pavia Universitetinin alimləri müəyyən ediblər ki, müntəzəm seks kəllə sinirlərinin inkişafına kömək edir. Bu isə ruhi sağlamlığın şərtlərindən biri sayılır.

Bu mülahazilələr sonradan Princeton Universitetinin siçovullar üzərində apardığı tərübələrdə də təsdiqlənib.

Prostat xərçəngi riskini azaldır

2014-cü ildə Montreal Universitetinin alimləri aşkar etmişdilər ki, 20-dən çox qadınla seksual təcrübəsi olan kişilərdə prostat vəzi xərçənginin riski 19 faiz azalmış olur.

Bu nəticəyə gəlinməsi üçün 3200 kişi üzərində 4 il müddətində müşahidə və müayinə aparılmışdı.

İş stresini azaldır

2006-cı ildə Şotlandiyadakı Paisley Universitetində 22 kişi və 24 qadın üzərində aparılmış təcrübə göstərmişdi ki, sekslə müntəzəm məşğul olan insanlar işdə müxtəlif streslərin öhdəsindən daha yaxşı gəlirlər.

Mükəmməl idman kimidir

Son vaxtlarda aparılmış araşdırmalar göstərib ki, SMS göndərən zaman insanın 33, avtobus dalınca qaçarkən 99, seks zamanı isə bütün 657 əzələsi hərəkətə gəlir.

Fizioterapevt Mike Aunger deyib ki, "yataq otağında bütün əzələlər lazımdır, ələlxüsus da ürək əzələləri..."

Yaxşı, bəs, yaxşı seksin özü nədir?

Doktor Aunger deyir ki, mükəmməl seks azı 30 dəqiqə çəkməlidir.

"45 dəqiqə isə daha mükəmməldir", doktor deyir.

Mili.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/society/522779.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR