Elektron siqaret tərgitməyə kömək etmir

Elektron siqaret tərgitməyə kömək etmir
22:22 2 Mart 2017
195 Ölkə
Ölkə mətbuatı
A- A+

Elektron siqaret siqareti tərk etməyə kömək etmədiyi kimi, sağlamlığa zərərləri də mövcudur.

Milli.Az deyerler.org-a istinadən bildirir ki, ekspertlər son vaxtlar siqareti tərk etmək üsullarından biri kimi çox tez-tez gündəmə gələn elektron siqaretlə bağlı narahatlıqlarını açıqlayıblar.
 
Elektron siqaretdə nikotinin yanında propilen qlikol, qliserin kimi kimyəvi maddələr, uçucu orqanik komponentlər və yüngül hissəciklər var. Bundan başqa, xüsusilə gənclərin marağını cəlb edən meyvəli, şirin, spirtli qatqı maddələri də mövcuddur.
 
Elektron siqaret immun və tənəffüs sistemində də pozğunluqlara səbəb ola bilir.
 
Elektron siqaret siqareti tərgitməyə kömək etmir.
 
Bədəndə nikotinin mübadiləsi nəticəsində sidiklə atılan 'kotin' adlı metabolik məhsulun elektron siqaret istifadə edən şəxslərlə adi siqaret istifadə edənlərdəki səviyyədə olduğu təsbit edilmişdir. Həmçinin elektron siqaretinin uzun perspektivdəki sağlamlıq riskləri də hələ məlum deyil. Xüsusilə gənclər elektron siqaretdən uzaq durmalıdırlar.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/society/522029.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR