Yazda necə qidalanmalıyıq? – DİETOLOQ TÖVSİYƏSİ

Yazda necə qidalanmalıyıq? – DİETOLOQ TÖVSİYƏSİ
22:37 2 Mart 2017
195 Ölkə
Ölkə mətbuatı
A- A+

Yaz fəslinin gəlməsinə sayılı günlər qalıb. Artıq günlər uzanıb, hava isinir. Sözsüz ki, təbiətdə olan dəyişiklik orqanizmdə də dəyişikliklərə səbəb olur. Buna el arasında "oyanış dövrü" də deyilir. Orqanizmdə olan sabitlik tamamilə dəyişir. Bəs bu dövrdə necə qidalanmaq lazımdır?

Milli.Az lent.az-a istinadən xəbər verir ki, dietoloq Leyla Zülfüqarlının dediyinə görə, qışda melatonin adlanan yuxu hormonunun çoxalması səbəbindən seratonin, yəni xoşbəxtlik hormonu azalır. Bu zaman isə insan yatmaq istəyir, bir çoxları halsızlıq, yuxusuzluq yaşayır, hətta depressiyaya düşür. Sanki passivləşmə baş verir. Nəticədə insan kökəlməyə meylli olur: "Yazda xoşbəxtlik hormonunun artması ilə insanlar gülməyə, sevinməyə, özünü xoşbəxt hiss etməyə köklənir. Qışdan yaza çıxan adamın metobalizmasında da dəyişiklik olur. Bu zaman tarazlığı idarə edə bilməyən müəyyən insanlar kökələ bilərlər. Yaz gəldikdə artıq qışdakı kimi qidalanmamalıyıq".
 
Dietoloqun sözlərinə görə, yazda orqanizm vitamin və mineralların qəbul olunmasını başqa şəkildə tələb edir. Bu baxımdan daha çox B qrup vitaminlərə ehtiyac olur: "B qrup vitaminləri əsasən dənli bitkilərdən əldə edə bilərik. "Bahar sindromu" yaşayan insanların buna daha çox ehtiyacı olur. Bu insanlar B qrup vitaminlər qəbul edərkən özlərini xoşbəxt hiss edir. Həmin insanlarda yaranan gərginliklərin aradan qalxmasını da müşahidə edirik".
 
Yaz mövsümünün vacib elementlərindən biri də meyvə-tərəvəzlərdir. L. Zülfüqarlı təzə yetişmiş meyvə-tərəz yeməyi vacib hesab edir: "Bununla yanaşı, qatıq, süd gündəlik qida rasionumuzun əsasını təşkil etməlidir. Sözsüz ki, qəbul edəcəyimiz maye də əhəmiyyətlidir. Yaz-yay aylarında maye qəbulu artırılmalıdır. Bu zamansa təmiz, saf su aktuallığını qorumalıdır".

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/society/522592.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR