Qadınların minbərin altından keçmələri düzgün əməldirmi?

Qadınların minbərin altından keçmələri düzgün əməldirmi?
22:47 2 Mart 2017
99 Ölkə
Ölkə mətbuatı
A- A+

Qadınların öz istəklərini həyata keçirmək üçün niyyət edib məsciddə minbərin altından keçmələri, minbərin yanındakı ələmə dəsmal bağlamaları nə qədər düzgün əməldir?

Minbər məscidin ən mübarək yerlərindən biridir. Minbər məsumlardan yadigar qalmış xitab yeridir. Böyük alimlər minbərdən xütbə oxuyur, insanlara halal-haramı başa salırlar.

Milli.Az islam.az-a istinadən bildirir ki, eləcə də, ələm Kərbəla bayraqdarı Həzrət Abbasın (ə) yadigarı və simvolu sayılır. Amma bunlar əsas vermir ki, minbərlə, ələmlə bağlı mövhumat və xurafatlar edilsin. Minbərin altından (bəzən hətta iməkləyərək) keçmək, minbərə qara bağlamaq, ələmdən dəsmallar asmaq mövhumatdır. Bütün bunların dinlə əlaqəsi yoxdur. Xüsusilə, bəzən qadınların məscidə girib kişilərin gözü qabağında əyilib minbərin altından keçmələri, ağlayıb-sızlamaları yolverilməzdir.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/society/522011.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR