Bakıda tələbələr arasında bıçaqlaşma

Bakıda tələbələr arasında bıçaqlaşma
23:33 2 Mart 2017
97 Ölkə
Ölkə mətbuatı
A- A+

Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin tələbələri Binəqədi rayonunda dava salıblar. Dava zamanı bıçağa da əl atıblar.

Publika.az sputnik.az-a istinadən bildirir ki, bu barədə Binəqədi Rayon Polis İdarəsindən bildiriblər.

Novruzov Talıb və 1997-ci il təvəllüdlü Quliyev Asim Nazim oğlu pul üstündə dava salıblar. Talıb Asimdən 20 manat pul tələb edib və onu döyüb.

Münaqişə martın 1-də baş verib. Saat 00:10-da Talıb və səkkiz nəfərdən ibarət dəstək qrupu Binəqədi rayonunda İsmayılov küçəsində Quliyevin qohumları ilə qarşılaşıblar.

Söhbətə A. Quliyevin qardaşı - Rəşad Quliyev (1991-ci il təvəllüdlü), qohumlar - Abdullayev Royal Məhərrəm oğlu (1989-cu il təvəllüdlü), Hüseynov Elnur Yusif oğlu (1989-cu il təvəllüdlü) və Abdullayev Vüsal Qasım oğlu (1991-ci il təvəllüdlü) gəliblər. Davada Royal Abdullayev və Elnur Hüseynov bıçaq yaraları alıb.

Cinayət-axtarış tədbirləri nəticəsində 6-cı polis bölməsinin əməliyyatçıları tərəfindən xuliqanlıqda şübhəli bilinən Novruzov Talıb Əsəd oğlu (1996-cı il təvəllüdlü), Əhmədov Elnur Elman oğlu (1996-cı il təvəllüdlü) saxlanılıb. Davanın daha bir iştirakçısı 1995-ci il təvəllüdlü Mirmehdi Əsədov da aşkar edilib. Hadisənin digər iştirakçılarının axtarışı davam edir.


Xəbərin orijinal ünvanı: http://publika.az/news/hadise/189952.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR