Mario Götze zədə üzündən karyerasını bitirə bilər

Mario Götze zədə üzündən karyerasını bitirə bilər
23:37 2 Mart 2017
99 İdman
Ölkə mətbuatı
A- A+

Bakı. 2 mart. REPORT.AZ/ Dortmundun "Borussiya" klubunun alman yarımmüdafiəçisi Mario Götze idman karyerasını bitirə bilər.
"Report" xəbər verir ki, həkimlər 24 yaşlı futbolçuda miopatiya xəstəliyi aşkar ediblər.
Miopatiya - əzələ xəstəliyi olub, əzələ zəifliyi ilə müşahidə olunur. Bu xəstəlik maddələr mübadiləsinin pozulması ilə əlaqədardır.
Götze uzun müddət müalicə kursu keçəcək. Onun təqribi bərpa olma zamanı məlum deyil. Xavbekin futbol karyerasını bitirə biləcəyi tam mümkündür.
Mario peşəkar karyerası ərzində "Borussiya" və "Bavariya"da çıxış edib və bu komandalarla çoxsaylı ölkədaxili titullara yiyələnib. 2014-cü ildə "Qızıl oğlan"ın qolu Almaniyaya Dünya çempionatının finalında Argentina üzərində qələbə qazandırıb.

Xəbərin orijinal ünvanı: https://report.az/futbol/mario-gotze-zede-uzunden-karyerasini-bitire-biler

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR