BƏƏ tarixində ilk hərbi parad keçirildi - FOTO

BƏƏ tarixində ilk hərbi parad keçirildi - FOTO
23:47 2 Mart 2017
183 Dünya
Ölkə mətbuatı
A- A+

Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) tarixində ilk dəfə hərbi parad keçirilib.

Milli.Az Al Arabiya-ya istinadən bildirir ki, BƏƏ-nin paytaxtı Əbu Dabidəki "İttifaqın qüdrəti" adlı hərbi paradda Əbu Dabinin varis şahzadəsi, BƏƏ-nin müdafiə naziri Məhəmməd bin Zeyd Nəhayyan və ölkənin silahlı qüvvələrinin komandanlığı iştirak ediblər.

BƏƏ malik olduğu silah və hərbi texnikanı nümayiş etdirib. Parad zamanı gəmidən "girovların azad edilməsi" əməliyyatı da göstərilib.

Sahil kənarında quraşdırılmış böyük ekranlar vasitəsilə ən xırda təfərrüatları izləyən tamaşaçılar Prezident Qvardiyası, Hərbi-Dəniz Qüvvələri, Hərbi-Hava Qüvvələri, Hava Hücumundan Müdafiə Qüvvələri və quru qoşunlarının hərbçilərinin iştirak etdiyi paradı izləyiblər.

Parad BƏƏ-nin qüruru olan "Əl Fursan" ali pilotaj aviasiya qrupunun çıxışı ilə başa çatıbö Hərbi pilotlar Əbu-Dabi səmasında BƏƏ bayrağını "çəkiblər".

Mili.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində














Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/522791.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR