Bacısının sevgilisi tərəfindən zorlandı, 3 ildə 200 kişiylə...

Bacısının sevgilisi tərəfindən zorlandı, 3 ildə 200 kişiylə...
23:48 2 Mart 2017
304 Dünya
Ölkə mətbuatı
A- A+

Türkiyənin Aydın vilayətində Ş.K. 3 ildə 200 kişinin təcavüzünə məruz qalıb.

Publika.az Türkiyə KİV-inə istinadən xəbər verir ki, 17 yaşındakı Ş.K. 3 il əvvəl bacısının sevgilisi Sercan S. adlı şəxs tərəfindən zorlanıb.

Sercan S. qızın çılpaq görüntülərini video kamera ilə qeydə alıb. Serkan S. 3 il ərzində təhdid və şantajla Ş.K.-nı pul qarşılığında 200 nəfərlə cinsi yaxınlıq etməyə məcbur edib.

Fevralın 22-də qarın və bel ağrılarından şikayətlənən Ş.K. xəstəxanaya gedib. Tibbi müayinə onun 4 aylıq hamilə olduğunu müəyyən edib. O, polisə verdiyi ifadəsində yaşananları tək-tək izah edib. Bununla da təcavüz qalmaqalı da ortaya çıxıb.

Polis Ş.K.-nın adını verdiyi 6 nəfəri həbs edib.


Xəbərin orijinal ünvanı: http://publika.az/news/dunya/189953.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR