Ancelina bu ölkədə özünə 32 minlik torpaq alır

Ancelina bu ölkədə özünə 32 minlik torpaq alır
23:52 2 Mart 2017
101 Maraqlı
Ölkə mətbuatı
A- A+

Aktrisa Ancelina Coli Kambocada torpaq alır.

Milli.Az axşam.az-a istinadən xəbər verir ki, o, adıçəkilən ölkədə mütəmadi olaraq xeyriyyəçiliklə məşğul olduğu üçün ölkə rəhbəri 2005-ci ildə ona vətəndaşlıq da verib.

Məlumata əsasən, 2002-ci ildə aktrisa Kambocada 7,5 hektar ərazisi olan yer alıb. Burada "MJP Foundation" xeyriyyə cəmiyyətinin bazası və yaşayış evləri yerləşir.

Colinin indi almağa hazırlaşdığı yer isə 2,5 hektardır. Ərazi Rienqa Çita adlı şəxsə məxsusdur və 32 min avroyadır.

Tərəflər arasında danışıqların Ancelinanın bu yaxınlarda Kambocaya sənədli filminin təqdimatı üçün səfər edəndə baş tutduğu bildirilir.

Mili.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/interest/522793.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR