Mario karyerasını bitirə bilər

Mario karyerasını bitirə bilər
23:57 2 Mart 2017
56 İdman
Ölkə mətbuatı
A- A+

Dortmundun "Borussiya" klubunun alman yarımmüdafiəçisi Mario Gotze idman karyerasını bitirə bilər.

Milli.Az "Report"a istinadən bildirir ki, həkimlər 24 yaşlı futbolçuda miopatiya xəstəliyi aşkar ediblər.
Miopatiya - əzələ xəstəliyi olub, əzələ zəifliyi ilə müşahidə olunur. Bu xəstəlik maddələr mübadiləsinin pozulması ilə əlaqədardır.
Gotze uzun müddət müalicə kursu keçəcək. Onun təqribi olaraq nə zaman bərpa olacağı məlum deyil. Xavbekin futbol karyerasını bitirə biləcəyi tam mümkündür.
Mario peşəkar karyerası ərzində "Borussiya" və "Bavariya"da çıxış edib və bu komandalarla çoxsaylı ölkədaxili titullara yiyələnib. 2014-cü ildə "Qızıl oğlan"ın qolu Almaniyaya Dünya çempionatının finalında Argentina üzərində qələbə qazandırıb.

Mili.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/sport/522795.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR