Bacısının sevgilisi tərəfindən zorlandı, 3 ildə 200 kişiylə...

Bacısının sevgilisi tərəfindən zorlandı, 3 ildə 200 kişiylə...
00:05 3 Mart 2017
202 Maraqlı
Ölkə mətbuatı
A- A+

Türkiyənin Aydın vilayətində Ş.K. 3 ildə 200 kişinin təcavüzünə məruz qalıb.
Milli.Az publika.az-a istinadən xəbər verir ki, 17 yaşındakı Ş.K. 3 il əvvəl bacısının sevgilisi Sercan S. adlı şəxs tərəfindən zorlanıb.
Sercan S. qızın çılpaq görüntülərini video kamera ilə qeydə alıb. Serkan S. 3 il ərzində təhdid və şantajla Ş.K.-nı pul qarşılığında 200 nəfərlə cinsi yaxınlıq etməyə məcbur edib.
Fevralın 22-də qarın və bel ağrılarından şikayətlənən Ş.K. xəstəxanaya gedib. Tibbi müayinə onun 4 aylıq hamilə olduğunu müəyyən edib. O, polisə verdiyi ifadəsində yaşananları tək-tək izah edib. Bununla da təcavüz qalmaqalı da ortaya çıxıb.
Polis Ş.K.-nın adını verdiyi 6 nəfəri həbs edib.
Mili.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/interest/522797.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR