Məsut Özildən Mourinyo ilə bağlı şok sözlər

Məsut Özildən Mourinyo ilə bağlı   şok sözlər
00:07 3 Mart 2017
119 İdman
Ölkə mətbuatı
A- A+

"Joze Mourinyo mənə "İki gözəl pas atmaqla işinin bitdiyini düşürüsən? Özünü ikili mübarizəyə girməyəcək qədər yaxşı hesab edirsən. Fikirləşirsən ki, 50 faiz oynamağın yetərli olacaq. İkili mübarizəyə girərkən necə göründüyünü bilirsən? Bax göstərim" deyərək qışqırdı. Sonra da paltardəyişmə otağında barmaqlarının ucunda yeriyərək dodaqlarını dişləyib məni təqlid etdi".


Fanat.Az xəbər verir ki, bu söhzləri hazırda "Arsenal"da çıxış edən Məsut Özil "Bild" qəzetində yayımlanmağa başlayan bioqrafiyasında yazıb.


Daha sonra Məsut bu sözləri qeyd edib: "Özümü itirdim. Formamı çıxardıb ayaqlarının dibinə atdım. Çox bilirsə, çıxıb özünün oynamasını söylədim. "Gey formanı meydana sən çıx o zaman" dedim. Mourinyo gülməyə başladı və bunları dedi: "Demək indidən təslim olursan? Sən qorxaqsan. Nə etmək istəyirsən? İsti hamama girib saçlarını yumaq istəyirsənmi? Ya da bir az yalnız qalmaq? Ya da mənə, komanda yoldaşlarına və azarkeşlərə nələr edə biləcəyini göstərmək istəyirsənmi? Bilirsən əslində nə et? Otur ağla. Ağlayan uşağın birisən. Hamam gir. Sənə onsuz da ehtiyacımız yoxdu. Dəsmalımı götürüb heç nə demədən yanından keçib hamam girdim. Amma sonradan kapitan Serxio Ramos və komanda yoldaşlarımdan davranışıma görə üzr istədim".


Fanat.Az


Xəbərin orijinal ünvanı: http://fanat.az/xeber-msut-ozildn-mourinyo-il-bal-t56644.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR