"Qızıl oğlan"ın karyerası TƏHLÜKƏDƏ - Futboldan gedir?

"Qızıl oğlan"ın karyerası TƏHLÜKƏDƏ - Futboldan gedir?
00:38 3 Mart 2017
173 İdman
Ölkə mətbuatı
A- A+

Almaniya millisinin və Dortmund "Borussiya"sının yarımmüdafiəçisi Mario Getse karyerasını bitirə bilər.

Publika.az xəbər verir ki, həkimlər 24 yaşlı futbolçuda miopatiya xəstəliyi aşkar ediblər.
Miopatiya - əzələ xəstəliyi olub, əzələ zəifliyi ilə müşahidə olunur. Bu xəstəlik maddələr mübadiləsinin pozulması ilə əlaqədardır.
Getse uzun müddət müalicə kursu keçəcək. Onun nə zaman bərpa olacağı məlum deyil. Xavbekin futbol karyerasını bitirə biləcəyi istisna edilmir.
Mario peşəkar karyerası ərzində "Borussiya" və "Bavariya"da çıxış edib və bu komandalarla çoxsaylı ölkədaxili titullara yiyələnib. 2014-cü ildə "Qızıl oğlan"ın qolu Almaniyaya Dünya çempionatının finalında Argentina üzərində qələbə qazandırıb.


Xəbərin orijinal ünvanı: http://publika.az/news/idman/189957.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR