Azərbaycan-Gürcüstan sərhədində tıxac yaranıb –

Azərbaycan-Gürcüstan sərhədində yerləşən Sınıq Körpü keçid məntəqəsində iritonnajlı avtomobillərin sıxlığı yaranıb.

Metbuat.az-ın Report-a istinadən məlumatına görə, yük avtomobillərinin sürücüləri sərhədi keçmək üçün bir neçə saat gözləməli olurlar.

Sürücülərin sözlərinə görə, əsas problem yanacaq daşıyan avtomobillərin tıxacda qalmasıdır. Onlar bildirirlər ki, bu nəqliyyat vasitələrinin uzun müddət məntəqədə dayanması çox təhlükəlidir.

Buraxılış məntəqəsinin piyada keçid xəttində isə vəziyyət normaldır. Sərhədi piyada keçmək istəyənlər heç bir çətinlik yaşamırlar.

Sınıq Körpü sərhəd-buraxılış məntəqəsindən bildiriblər ki, son günlər gediş-gəliş zamanı sıxlıq müşahidə olunmur.

Azərbaycana gələn və Gürcüstana keçmək istəyənlər yoxlanıldıqdan sonra rahat şəkildə yollarına davam edirlər.

İritonnajlı avtomobillərdə isə daha çox Gürcüstan tərəfdə yoxlanış zamanı ləngimələr yaranır.






Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR