Tovuz sakinin boğazı kəsilib

Tovuz rayon sakini boğazına kəsici alətlə xəsarət yetirib.

APA-nın qərb bürosunun verdiyi məlumata görə, rayon sakini 1978-ci il təvəllüdlü Samir Məmmədov sərxoş vəziyyətdə boğazını kəsici alətlə kəsib. O dərhal Tovuz rayon Mərkəzi Xəstəxanaya yerləşdirilib. Vəziyyətinin orta ağır olduğu bildirilir.

Faktla bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR