Fernando Torres ölümdən döndü

Fernando Torres ölümdən döndü
02:59 3 Mart 2017
185 Digər
Ölkə mətbuatı
A- A+

La Liqanın 25-ci turu çərçivəsində baş tutan “Deportivo” – “Atletiko” oyununda təhlükəli anlar yaşanıb. Apasport.az saytının məlumatına görə, matçın 86-cı dəqiqəsində qonaqların hücumçusu Fernando Torres ölümdən dönüb.

 

Berqantinyosun onun başına zərbəsi ilə bir anda huşunu itirən oyunçu yerə yıxılıb. Komanda yoldaşlarının ilkin müdaxiləsindən sonra həkimlərin səyi nəticəsində özünə gələn futbolçunu meydandan çıxarıblar.

 

Azarkeşlərin alqışları ilə dəstəklənən oyunçunun huşsuz vəziyyətində komanda yoldaşı Ximenezin çox narahat olduğu, “Deportivo”lu Fəcrin isə dua etdiyi görüntülərə düşüb.

 

Futbolçu  xəstəxanaya aparılıb. 


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/268975

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR