Ukraynanın azərbaycanlı naziri tutuldu

Ukraynanın azərbaycanlı naziri tutuldu
04:04 3 Mart 2017
163 Digər
Ölkə mətbuatı
A- A+

Ukrayna Dövlət Fiskal Xidmətinin (DFX) sədri, azərbaycanlı Roman Nəsirov Ali Radanın deputatı Aleksandr Onişenkonun cinayət işi üzrə saxlanılıb.

 

APA-nın xəbərinə görə, bu barədə “Ukrainskaya Pravda” nəşri Ukrayna Milli Antikorrupsiya Bürosuna istinadən məlumat yayıb.

 

“Nəsirov Feofaniyada (Kiyev xəstəxanası-red) “qaz işi” çərçivəsində aparılan axtarış zamanı saxlanılıb”, - deyə Bürodan bildirilib.  

 

Məlumata görə, hazırda Nəsirov barəsində istintaq tədbirləri həyata keçirilir.  


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/268978

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR