ABŞ Kiyevə letal silahlar verə bilər

ABŞ Kiyevə letal silahlar verə bilər
05:39 3 Mart 2017
126 Digər
Ölkə mətbuatı
A- A+

ABŞ Konqresinin Nümayəndələr Palatasının maliyyələşdirilmə komitəsi 2017-ci maliyyə ili üçün nəzərdə tutulmuş hərbi büdcədə Kiyevə, daşınan zenit-raket kompleksləri istisna olmaqla, letal (öldürücü) silahların əldə edilməsi üçün vəsaitin ayrılmasına dair  bəndin saxlanılmasını təklif edib.   

 

APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, qanun layihəsi Nümayəndələr Palatasının tam heyəti tərəfindən gələn həftə nəzərdən keçiriləcək.

 

Sənəd Kiyevə 150 mln. dolların ayrılmasını nəzərdə tutur.

 

Bu vəsaitlərin sentyabrın 30-dək, yəni 2017-ci maliyyə ili başa çatanadək xərclənməsi tövsiyə edilir.  

 

Qanun layihəsi, ümumilikdə hərbi xərclərə 578 mlrd. dollar ayrılmasını nəzərdə tutur. Bu məbləğ Barak Obama administrasiyasının Konqresə təqdim etdiyi  müvafiq sorğusundan 1,6 mlrd. dollar, 2016-cı ilin göstəricilərindən isə 5,2 mlrd. çoxdur.  


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/268981

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR