Günün resepti: kartoflu rus mantısı

Günün resepti: kartoflu rus mantısı
07:05 3 Mart 2017
219 Maraqlı
Ölkə mətbuatı
A- A+

Milli.Az kartoflu rus mantısının hazırlanma qaydasını təqdim edir

Tərkibi:

xəmir: 

1ədəd yumurta
1st.su
1ç.q.duz
un (aldığı qədər)

iç: 

4 ədəd kartof (pürə halına gətirilmiş)
1baş soğan
1x.q. kərə yağı
duz
qırmızı toz bibər

sous:

3x.q. kərə yağı
1 ç.q. pul bibər
sarımsaqlı qatıq

Hazırlanması:

Dərin bir qaba yumurta, su və duz əlavə edərək mikserlə yaxşıca çalın. Un (ala bildiyi qədər) əlavə edib xəmiri yoğurmağa başlayın. Yoğrulan xəmiri 2 bəzənə ayırın (Bəzən: Oxlov köməyiylə orta qalınlıqda açılan xəmir).
İçini hazırlayarkən baş soğanı nazik şəkildə doğrayıb, kərə yağında qızılı rəng alanadək qovurun. Qovrulan soğanın üzərinə duz və qırmızı toz bibər, sonra isə kartof pürəsi əlavə edərək yaxşıca qarışdırın. Xəmiri yayıb stəkanla yumru dairələr kəsin. İçliyi xəmirə doldurub yarım ay şəklində bükün. Qazanda suyu qaynadıb içinə duz əlavə edin. Hazır mantıları həmin suda 5 dəq. qaynadıb, sonra süzün.
Bişmiş mantını buluda qoyun. Üzərinə kərə yağı və ya sarımsaqlı qatıq gəzdirin. 

Nuş olsun! 

Milli.Az.

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində




Xəbərin orijinal ünvanı: http://news.milli.az/interest/522519.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR