Siqaret çəkən bir çox adam bu vərdişdən xilas olmanın çətinliyinin yanında buraxdıqdan sonra çəki artımı qorxusu səbəbiylə də siqareti tərgitmir.
Publika.az deyerler.org-a istinadən bildirir
ki, ancaq bəzi təbii qaynaqlar həm siqaret buraxmağa, həm də
siqareti buraxdıqdan sonra çəki almamağa köməkçi ola bilir. Bu
mövzuda köməkçi olacaq ilk qida zəncəfildir. Zəncəfil ağciyərlərin
təmizlənməsi üçün olduqca təsirli bir qidadır. Zəncəfili çaya ya
da, yeməklərə də əlavə edib istehlak edə bilərsiniz.
Siqareti tərgitmək üçün təbii C vitamini almaq lazımdır:
Siqareti buraxmağa çalışarkən istehlak ən təsirli qidalardan biri
portağaldır. C vitamini təsiri ilə dəmir əskikliyinin azalmasına və
vərdişlərin təşkil edilməsinə köməkçi olur.
Portağal kimi naringi və qreypfrut da antioksidant təsiri göstərir
və tərkibindəki C vitaminiylə bədənin siqaretə olan ehtiyacını
azaldır.
Sarımsaq təmizlənmə təmin edir: Tərkibindəki manqan, silisium,
kükürd, sulfid birləşmələri kimi bir çox maddə ilə yaxşı bir
antibiotik və antioksidant olan sarımsağın nizamlı bir şəkildə
istehlak edilməsi bədənə bir çox fayda təmin edər. Bədənin
təmizlənməsini təmin edən sarımsaq eyni zamanda, siqaret çəkmə
vərdişinə qarşı mübarizədə də köməkçidir.
Darçın qan şəkərini nizamlayır:
Siqareti tərgitməyə köməkçi olan qidalardan biri də qan şəkərini
tarazlayan darçındır. Daimi istehlakı siqareti buraxma müddətində
əhəmiyyətlidir. Darçın yaxşı bir antioksidantdır. Darçını istər
çubuq, istər toz şəklində istehlak edə bilərsiniz.