Obama qayıdır

Obama qayıdır
08:38 3 Mart 2017
171 Dünya
Ölkə mətbuatı
A- A+

ABŞ-ın sabiq baş prokuroru və Barak Obamanın dostu Erik Holder bildirib ki, Birləşmiş Ştatların sabiq prezidenti siyasətə qayıtmağa hazırlaşır.

Holderin sözlərinə görə, Obama Demokratlar Partiyasının Seçici dairələrinin yenidən bölüşdürülməsi komitəsinə (Holderin rəhbərlik etdiyi) kömək etməyə hazırlaşır.

Komitənin fəaliyyəti siyasi qüvvələr nisbətinin süni yolla dəyişdirilməsi məqsədi ilə seçki dairələrinin əsassız olaraq bölünməsi prosesi ilə mübarizəyə yönəlib.

Demokratlar hazırkı Ağ Ev rəhbəri Donald Tramp tərəfindən aparılan siyasi kursa müqavimət göstərmək üçün bu yolla öz nüfuzlarını artırmağa ümid edirlər. (Report)


Xəbərin orijinal ünvanı: http://publika.az/news/dunya/189972.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR