Bu futbolçu üçün "Barselona"dan 80 milyon istədilər

Bu futbolçu üçün "Barselona"dan 80 milyon istədilər
08:57 3 Mart 2017
130 İdman
Ölkə mətbuatı
A- A+

PSJ "Barselona"nın heyətinə qatmaq istədiyi Marko Verrattiyə qiymət qoyub. Fanat.Az xəbər verir ki, bu barədə Kataloniyada nəşr olunan "Sport" qəzeti məlumat yayıb.


Məlumatda bildirilir ki, "Barselona" Andres İnyestadan sonrakı dönəm üçün Marko Verrattini transfer etmək istəyir. Kataloniyalılar bu məqsədlə PSJ-yə müraciət edib. Paris klubu isə bu futbolçu üçün 80 milyon avro istəyib.


Qeyd edək ki, PSJ 24 yaşlı italyan futbolçunu 2012-ci ildə "Peskara"dan 12 milyon avroya alıb. Onun xidmətində "Barselona"dan başqa "Real" və "Yuventus"un da maraqlı olduğu bildirilir.


Fanat.Az


Xəbərin orijinal ünvanı: http://fanat.az/xeber-bu-futbolcu-ucun-quotbarselonaquotdan-80-milyon-istdilr-t56647.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR